Menu

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

03.12.2022, 10:47
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022-də qalmaqal qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə Uruqvayla Qana arasında matçdan sonra yaşanıb.

Cənubi amerikalıların müdafiəçisi Xose Ximenes final fitindən sonra hakim Daniel Zibertə yaxınlaşmaq istəyib. O, qarşısına çıxan FİFA direktoru Kolina Smitrin başına dirsək zərbəsi vurub. Sonra hər ikisinin ünvanına təhqirlər yağdıran uruqvaylı onları oğru adlandırıb. Ximenesi cərimə və ağır diskvalifikasiya gözləyir.

Qeyd edək ki, 2:0 hesabı ilə qalib gələn Uruqvay qrupda qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol