Ərdoğan Almaniya kanslerinə xəbərdarlıq edib – Yunanıstanla bağlı...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolsla telefon danışığı zamanı bildirib ki, Ankara Almaniyadan Türkiyə ilə Yunanıstan arasında münasibətlərdə neytral mövqe tutacağını gözləyir.

Türkiyə mətbuatının yazdığına görə, Ərdoğan qeyd edib ki, bütün sahələrdə ikitərəfli münasibətləri gücləndirmək üçün Almaniya kansleri ilə sıx dialoqa xüsusi önəm verir.

Almaniya və Türkiyə liderləri arasında telefon danışığı kansler Şolsun Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə Afinada Türkiyənin adını çəkmədən keçirdiyi görüşdə “NATO müttəfiqinin digərinin suverenliyini şübhə altına almasının qəbuledilməz olduğunu” deməsindən bir neçə gün sonraya təsadüf edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar