Almaniya kansleri Putinlə danışıb – “Berlin Ukraynanın müdafiə qüdrətini gücləndirəcək”

Almaiya Ukraynaya 7 Gepard tankının göndərilməsinə hazırlaşır. Almaniya hökumətinin rəsmi saytında deyilir ki, bundan əvvəl Kiyevə 30 hava hücumundan müdafiə vasitələri və tanklar göndərilib və bunlar artıq döyüş meydanındadır.

“Spiegel” jurnalı yazır ki, sözügedən tanklar bundan əvvəl metal qırıntısı kimi təhvil verilməli idi, amma 2023-cü ilin yazında Ukraynaya veriləcək. 7 “Gepard” tankı hazırda Münhendə mənzillənmiş Krauss-Maffei Wegmann zavodunda təmir edilir.Hökumət tankların dəqiq çatdırılma vaxtını bildirməyib. Məlumatda deyilir ki, tankların çatdırılma tarixi onları təmir edən zavoddan asılı olacaq.

“Spiegel” isə yazır ki, Almaniya Ukraynaya bundan da artıq Gepard tankları və onlar üçün sursat göndərməyi planlaşdırır. Bundan əvvəl “Gepard” tankları üçün sursatın göndərilməsində problem yaranmışdı. Çünki bu sursatı cəbbəxanasında saxlayan İsveçrə neytral mövqeyinə görə onları vermək istəmirdi.

“Reuters” yazır ki, Almaniya hökuməti hazırda Gepard tankları üçün sursat istehsalı ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparır və nəticədə İsveçrənin cəbbəxanasındakı sursata ehtiyac qalmaya bilər.

Bu arada xəbər verilir ki, Almaniya kansleri Olaf Şolts dekabrın 2-də sentyabrdan bəri ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb.

Kanslerin mətbuat xidmətinin məlumatına görə bir saat davam edən söhbət zamanı Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və onun nəticələri müzakirə edilib.

Məlumatda deyilir ki, Şolts söhbət zamanı Rusiyanın Ukraynanın mülki infrastrukturuna raket zərbələrini pisləyib. O habelə bildirib ki, Berlin Ukraynanın müdafiə qüdrətinin gücləndirilməsi tədbirlərini davam etdirəcək.

Qeyd olunur ki, kansler Rusiya prezidentini Rusiya qoşunlarının Ukraynadan çıxarılması da daxil münaqişənin diplomatik kanallarla həllinə çağırıb.

Kremlin bu söhbət barədə məlumatında isə deyilir ki, Putin Almaniyanı Ukraynaya yanaşmasını dəyişməyə çağırıb. Putin Şoltsa deyib ki, Rusiya ordusu uzun müddət Ukraynada müəyyən obyektləri hədəfləməkdən çəkinib, amma indi belə zərbələrin endirilməsinə məcbur olub. Rusiya Prezidenti bunu da əlavə edib ki, bu, Ukrayna ordusunun Rusiyanın infrastrukturuna qarşı təxribatlarına cavabdır. Putin buna misal olaraq Krım körpüsündəki partlayışı yada salıb.

Ukrayna körpüdəki partlayışla hər hansı əlaqəsini inkar edir. Rusiya oktyabrın 10-dan başlayaraq Ukraynanın enerji sistemi obyektlərinə ağır raket zərbələri endirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bugünlərdə demişdi ki, Rusiya ordusu “rusların öldürülməsinə” xidmət edən obyektləri vurur. Ukrayna Rusiyanın mülki obyektlərə zərbələrini “terror aktı” adlandırır.

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2022-12-03 18:04:44

Rusiya kimi böyük bir dövletin prezidentinin eqli ve seviyyesine brxın .Ukrayna kimi bir dövleti az qala yer üzünden silir, indi ise heyasızcasına deyir ki bu Ukraynanın Rusiya erazisindeki töretdiyi texribatlara cavab beririk.Bele ki Ukrayna Krım körpüsünü vurub.Bu adam demir ki menim sehvim ucbatından indiyedek 200 min nefere yaxın rus ukraynalı helek olub 15 million ukraynalı qaçqın düşüb.

Son yazılar