AZƏRBAYCAN “LAÇIN DƏHLİZİ”NƏ ALTERNATİV YOLU NƏZARƏTƏ GÖTÜRÜR - Rəsmi açıqlama + FOTO/VİDEO (Yenilənir)

Sülhməramlıların Xankəndidəki qərargahında apardığı danışıqlar Azərbaycan tərəfinin istədiyi nəticəni verib. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

“Xankəndidəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll edirlər. Danışıqlar zamanı, təbii olaraq, Laçın dəhlizinə alternativ yolda formalaşmış tıxac da aradan qalxıb”, - deyə qeyd olunub.

***

Erməni mətbuatında "Laçın dəhlizi"nə alternativ olaraq Azərbaycandan Ermənstana çəkilmiş yeni Xankəndi-Gorus yolunun bağlanması barədə məlumatlar yayılmağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, erməni xəbər saytları Qarabağdakı separatçı qurumun “informasiya qərargahı”na istinadla xəbər verirlər ki, Xankəndini Ermənistanla əlaqələndirən yeganə yol Azərbaycanı təmsil edən mülki geyimli şəxslər tərəfindən mülki geyimli bir qrup azərbaycanlı ekoloji səbəblərə görə Şuşa-Daşaltı yaxınlığındakı yol ayrıcında bağlanıb. Azərbaycan tərəfinin bunu ekoloji səbəblərlə əsaslandırdığını da bildiriblər. Ermənilər hadisə ilə bağlı rusiyalı sülhməramlıları məlumatlandırdıqlarını da qeyd ediblər.

Həmçinin qeyd edilir ki, Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yolda nəzarət-buraxılış məntəqəsi qurmaq niyyətindədir və bu tələb irəli sürülüb.

Artıq sosial şəbəkələrdə həmin yolda yaranan tıxacı əks etdirən fotolar yayılıb.

Azərbaycan tərəfindən hadisə ilə bağlı ilkin rəsmi məlumat yayılıb. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.

Məlumatda deyilir ki, 2022-ci il 3 dekabr tarixində saat 11:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar. Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.

Qeyd edək ki, Azərbaycanın suveren ərazisi olan bu yolla separatçılara silah-sursat daşındığına dair rəsmi məlumatlar yayılıb. Rəsmi Bakı bununla bağlı dəfələrlə xəbərdarlıqlar edib. Həmçinin, son günlər İran təxribatçı terror qrupunun Qarabağda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə soxulduğu barədə faktlar üzə çıxıb. 

Eyni zamanda, 44 günlük müharibədən sonra Fransadan Rusiyaya qədər bir çox ölkələrdəki anti-Azərbaycan qüvvələri təmsil edən ayrı-ayrı siyasətçilər, deputatlar və s. Azərbaycanın razılığı olmadan həmin ərazilərə təxribat xarakterli səfərlər ediblər.

Azərbaycan dövləti və cəmiyyəti dəfələrlə bütün bunlara qəti etirazını bildirsə də erməni tərəfi və Ermənistanın himayədarları, eləcə də Rusiya hərbi kontingenti buna məhəl qoymayıb.

Bundan əlavə Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə erməni biznesmenlər və iş adamları qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirməsinə, ölkəmizin sərvələrini talamasına dair faktlar ortaya çıxıb.

Bu yaxınlarda “Caliber.az” saytı bununla bağlı sensasion məlumatlar yayıb: "Hərbi dairələrə yaxın mənbələrdən “Caliber.az”a verilən informasiyaya görə, daxil olan videomüşahidə materiallarına əsasən, noyabrın 10-dan 14-dək saat 21:00-dan 23:00-a qədər olan vaxt intervalında 8 ədəd “Kamaz” markalı avtomobil 731 - AB - 61 ER erməni qeydiyyat nömrəli “Nissan Patrol” markalı avtomobilinin müşayiəti ilə hər gün Xankəndidən Ermənistana səfər həyata keçirib. Noyabrın 16-18-də isə səhər saatlarında eyni avtomobillərin Ermənistandan Xankəndiyə Laçın yolu ilə hərəkəti qeyd edilib. Maşınlar gecə vaxtı şəhəri tərk edblər.


Əməliyyat məlumatlarına görə, Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyatağ kəndi yaxınlığında, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal həmin “Kamaz” markalı yük maşınlarında xaricə çıxarılır.

Daşıma İsveçrədə yerləşən “Vallex Group” QSC-yə daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də hazırkı dövrdə, sülhməramlıların nəzarəti altında qalan Ağdərədə qiymətli metalların talanması ilə məşğul olan “Base Metals” şirkəti tərəfindən həyata keçirilir.

“Vallex Group”un rəhbəri Ermənistan Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü, İrəvanda Bironi küçəsi 30, mənzil 3-də qeydiyyatda olan Valeri Mejlumyandır.Maliyyə investoru isə İsveçrə vətəndaşı, 1956-cı il təvəllüdlü, Cenevrə kantonunun Koloniya bələdiyyəsində ünvanda qeydiyyatda olan Vartan Sirmakesdir.

“Base metals”ın icraçı direktoru Artur Mkrtumyandır, o, Lori vilayətinin Alaverdi şəhərində, Baqramyan keçəsi 20, mənzil 8-də yaşayır.vrə kantonunun Koloniya bələdiyyəsində ünvanda qeydiyyatda olan Vartan Sirmakesdir".

"Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talan edilməsi, inanılmaz gəlirlər gətirməsi (2019-cu ildə “Base Metals” şirkəti separatçıların “büdcəsinə” 38 mln. dollar ödəməklə ən böyük “vergi ödəyicisi” adını alıbmış), özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın diqqətindən yayına bilməzdi.

Bəzi məlumatlara görə, o, artıq Gülyataq kəndi yaxınlığındakı mədənə nəzarəti bərpa edib və “Base Metals” sahiblərindən “xərac”ını alır.

Sülhməramlıların burnu altında fəaliyyət göstərən bu şirkət öz təhlükəsizliyindən də qorxmur. Çünki Qarabağdakı sülhməramlıların komandiri general Volkov onlardan qidalanır və çətin ki, rus general onun üçün “qızıl yumurtlayan bir quşun” başını qoparsın.

Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axır. Ermənistandakı vəsaitin bir hissəsi rusiyayönlü, anti-Paşinyan müxalifətinin maliyyələşdirilməsinə, digər hissəsi isə Rusiya üçün sanksiya mallarının alınmasına yönəldilib" -deyə məlumatda bildorilirdi.

Görünür, Azərbaycan cəmiyyətinin çoxsaylı tələbləri və qarşı tərəfin qeyri-konstruktiv yanaşması Azərbaycan rəhbərliyini gözlənilən qəti adımları atması ilə nəticələnməkdədir.

Cəlal

AzPolitika.info”  


635x100

Şərhlər

Çəlal bəyə 2022-12-03 23:14:32

Dünyada elə bir dövlət varmı ki, bütün sərhədləri boyu Hərbi_Polis və Daxili Asayişə özü hər ikisini də iki üsulla nəzarətdə saxlamasın? Hər hansı terror və cinayətləri mümkün qədər operativ imühakimə etməsin? Sərhəd və dəhlizi müvəqqəti açarlar ki, separatçılar, təsadüfi işğalçılar, elə cinayət baş verməmiş çıxıb getsinlər!

Vahid 2022-12-03 16:06:11

Mütleq arxası gelmelidir.

Son yazılar