Naxçıvan Muxtar Respublikasında (NMR) anti-korrupsiya əməliyyatları və həbslər davam etdirilir.
“AzPolitika.info”-nun mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, bu çərçivədə Muxtar Respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov və Naxçıvan Şəhər Tikinti İdarəsinin rəisi saxlanılaraq Bakıya gətiriliblər.
“Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz isə “Feysbuk” səhifəsində NMR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun cangüdəni və sürücüsü Həsən Əhmədovun həbs edildiyi, Bakıya gətirilərək DTX-da dindirildiyi barədə məlumat yayıb.

Saxlanılanlardan Hicran Rüstəmov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, Həsən Əhmədov isə vətəndaşların əmlakını zorla ələ keçirməkdə şübhəli bilinirlər.
Heydər Oğuzun yazdığına görə, İranla sərhəddə fəaliyyət göstərən Şahtaxtı gömrük məntəqəsinin rəisi və bəzi işçiləri də saxlanılıb.
“AzPolitika.info”

Şərhlər
Şirek Talıbov
Aslan qeyd edir: Özünü oğullarını yox sürücüsünü niyə? ....”. Bu gün əldə etdiyim məlumata görə hazırda nəinki sürücü, hətta Vasif Talıbov cənabları da qadasını aldığım qara paltarlı oğlanların qonağıdır, yəni o da Bakıya “səyahət”ə gəlib. “Qaynana” filmində yanğını söndürməyə gələn yanğınsöndürənlərdən biri ümumi mənzərəni görüb deyir “Ayə bura dəlixanadır”. Naxçivan Muxtar Respublikasının 2021-ci ilə olan məlumata görə əhalisinin sayı rəsmi olaraq 461.530 nəfər təşkil edir. Bu sayın ən azından 50 faizi dolanışıq axtarışındadır. Azpolitikada gedən yazılara nəzər salanda adam dəhşətə gəlir. Bu qədər əhalisi olan Muxtar Respublikanın nə qədər cinayətkar məmuru var. Belə çıxır ki, bütün Naxçıvan çirkab içindədir. Konstitusiya Vasif Talıbova kifayət qədər səlahiyyət verib. Bu cənab bunu “vor zakon” kimi qəbul edib. Bu 30 ilə yaxın müddətə bunları görən bir kimsə olmadımı? Sisiliya mafiyasıda bunların yanında qələt edər. Əvvəlki yazılarda da qeyd etmişdimŞ səlashiyyətli şəxslər nələrinsə müqabilində bir birilərinin cinayət əməllərini ört-basdır edirlər. Bu əməlləri ört-basdır edənlər özləri cinayətin subyektləridirlər. Bunun əsas müdafiəçiləri Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Baş Prokurorluqdur. DTX hər şeyi düz edir, bir məsələdən başqa. Bu hörmətli mafiozlara əziyyət verib niyə Bakıya gətirirlər. Onlar artıq Naxçıvanın havasına öyrəşiblər, Bakının havası onlara mənfi təsir göstərər, bədənləri allergiya verər. Vasif Talıbov başda olmaqla bu mafiozilər dövlət strukturlarında öz kadrlarını yerləşdirirlər ki, belə məsələlərdə onlara yardımçı olsunlar. Allahın bu millətə yazığı gəlsin.
Helikopterdə "yubilyar"ların özlərinə yer olmayıb və ya ağırlıqdan havaya qalxa bilməyibsə Boeinqlə gətirmək olardı.A balam,sürücü yeyib ki o milyardları?Yediklərindən əlbəttə ki ona da dilxoşluğu veriblər,rus demiş "çaevıe",amma hansı yetimin malını nə vaxt,hansı şəraitdə və necə yediyi haqda hansı məmur öz sürücüsünə bildirər?Al bu pulu,qoy cibinə,kef elə nə qədər ki biz varıq,dövran bizimdi kef elə,vəssalam.
EŞŞƏYƏ GÜCLERI ÇATMIR PALANI DOYESDEYIRLER
Kopiya Şrek!
26 ildir idare edir Naxcivani ne deputat ne Nazir bir soz demir.Indi vezifeden gedir haminiz qinayirsiz.....
Hamsi xalqin pulunu yemekden kellediler eee.Yanaglarindan yemekden qip qirmizidir.
Özünü oğullarını yox sürücüsünü niyə? ....