Menu

Qarabağdkı erməni separatçıları TƏŞVİŞDƏ

03.12.2022, 16:48
Qarabağdkı erməni separatçıları TƏŞVİŞDƏ

“İndi Rusiya sülhməramlı missiyasının vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə Xankəndi-Gorus yolunun açılması ilə bağlı danışıqlar aparılır".

Bu barədə Araik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan Ermənistan News-NEWS.am-ə müsahibəsində bildirib.

Azərbaycanlıların hansı səbəb və tələb irəli sürdüyünü soruşduqda, Avanesyan hələlik heç nə şərh edə bilməyəcəyini bildirib. 

"Vəziyyət həll edildikdə səbəblər haqqında danışa bilərik", - deyə, bildirib.

Separatçı A.Beqlaryan deyib ki, yol iki saatdan çoxdur bağlıdır. 

Digər separatçı D.Babayan isə Azərbaycanı şanraj etməyə cəhd göstərərək iddia edib ki, bu addım sülhməramlılara qarşıdır.

Qarabağ erməniləri arasında ciddi panika var. Azərbaycana məxsus şirkətin və nazirlik əməkdaşlarının sülhməramlıların müşayiəti ilə Xankəndiyə yol alması panikanı daha da artırıb.

Şərhlər

Eldəniz 2022-12-03 17:41:52

Bu separatçı ünsürlər buranı babalrinin arxa bağçasımi zənn etmişdilər .. düşünürlər ki , rus ermənimermali qüvvələri var ikən heç kim onaların toyuguna kış deyə bilməz sanki ..bu hələ Ekologiya nazirliyi tərəfindən gələn bir neçə əməkdaşdan belə qorxurlar indi gör XTQ ni görsələr qorxularından tir tır əsib dabanlarına da tüpürüb Pasinyanin yanına kimi qaçacaqlar...

dadaşyev 2022-12-03 17:29:56

Şərhlər iki gündür verilmir Azpolitikada.Yazmağın mənası yoxdursa yazmayaq yəni.İki günün şərhi boyat olub bu gün veriləcəksə kim oxuyacaq onu?Gün ərzində yazılan şərhlər gün ərzində də oxunur.Sonrakı günlərdə kimdir açıb köhnə xəbərləri oxuyan ki,hələ şərhləri də oxusun?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol