Menu

Xəstəxanada olan Mahir Cürətin vəziyyəti açıqlandı - “Ayaqları çürüyür”

03.12.2022, 19:26
Xəstəxanada olan Mahir Cürətin vəziyyəti açıqlandı - “Ayaqları çürüyür”

Məşhur qəzəlxan Mahir Cürət bu gün Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.

Bu barədə oxu.az-a meyxanaçının bacısı oğlu Nuh Tarverdiyev bildirib.

O, dayısının nə qədər müddətə xəstəxanada qalacağının hələlik bəlli olmadığını diqqətə çatdırıb: “Vəziyyəti pisdir. Ayaqları yaradır, çürüyür, müalicə lazımdır, ona görə də nə vaxt xəstəxanadan təxliyə olunacağını bilmirik”.

Şərhlər

dadaşyev 2022-12-04 17:46:47

Buna tibb aləmində qanqrenanın üç növündən biri olan "quru qanqrena" deyirlər.Ayaqlara oksigen çatmır,toxumalar ölür və ət çürüyərək tökülür.Oksigen çatmadığı üçün də ayaqlarda şiddətli ağrılar olur.Qan köçürməklə müalicə olunmazsa təəssüf ki ayaqlar amputasiya edilməlidir.Yoxsa zəhərlənmiş qan bütün bədənə keçib adamı məhv edər.Ya ayaqlar,ya həyat,deyə bir dilemma qarşısında qalır insan.Allah şəfa versin.Əlbəttə ki Allah istəyərsə möcüzə ola bilər,ayaqlar da salamat qalar.Bunun üçün isə imamlardan yox,Vahid Allahdan yardım diləmək lazımdır.Vahid Allahdan.Çünki Ondan başqa hər şey yaradılandır.Nə demək istədiyimi Mahir Cürət anlayar.O ağıllı adamdır.Sağlamlığını Vahid Allahdan istə,ey qəzəlxan.Mənə sağol deyəcəksən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol