“Vasif Talıbovun Naxçıvanda idarəetməsi qorxu üzərində qurulmuş idarəetmədir”.
Bu sözləri LAF TV-nin efirində Naxçıvanda baş verən son prosesləri şərh edən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
Deputat Muxtar Respublikanın iqtisadi göstəricilərinə toxunub və deyib ki, burada ciddi disproporsiya var: “Naxçıvanın 2023-cü ildə büdcəsi 646,9 milyon manat olacaq. Bunun 487 milyon 900 min manatı Azərbaycanın dövlət büdcəsindən ayrılmış dotasiya və subvensiyalar təşkil edəcək. Bu isə bütün Azərbaycan üzrə yerli büdcələrə ayrılan vəsaitin 98,8 faizidir. Naxçıvanın özünün vergidən, gömrükdən, sahibkarlıq subyektlərindən yığılan vergilərin məbləği 158,5 milyon manat olacaq. Amma baxın, bir oğurluq faktı ondan çox məbləği üzə çıxartdı”.
Deputat deyib ki, Prezident İlham Əliyev 2019-cu ildə Naxçıvanın ali şəxsini qəbul edərək, ondan gəlirlərdə şəffaflığın yaradılmasını tələb etdi. Amma heç bir nəticəsi olmadı: “Naxçıvanın bu günkü büdcəsi yerli gəlirlər hesabına cəmi 24 faizi formalaşır. Ona görə də Naxçıvanda müəyyən addımlar mütləq atılmalı idi”.
Q.Həsənquliyev deyib ki, Konstitusiyaya görə, Naxçıvanın səlahiyyətlərinə yerli vergiləri toplamaq, yerli əhəmiyyətli inkişaf proqramlarının qəbul olunması, elm, təhsil, səhiyyə və turizm daxildir. “Amma faktiki olaraq orada Bakıda olan dövlət strukturları burda da paralel olaraq yaradılmışdı. Camaatın bu məmurlardan canı boğazına yığılmışdı”.
Deputat deyib ki, Naxçıvanda güc strukturları yalnız Bakıdan təyin olunmalıdır. Onların Muxtar Respublikanın rəhbərliyinə aidiyyatı olmamalıdır.
Ali Məclisin sədri Vasif Talıbovla olan münasibətləri barədə danışan Q.Həsənquliyev deyib ki, Milli Məclisdə Naxçıvanın sosial vəziyyəti ilə bağlı çıxışları Talıbovu qəzəbləndirib: “Vasif Talıbov çox iddialı və təkəbbürlü adamdır. Mən birbaşa onun özünə yönələn heç nə deməmişdim. Sadəcə demişdim ki, Naxçıvanı inkişaf elətdirmək lazımdır. İran Culfası ilə müqayisə edib demişdim ki, 90-cı ilərdə oralar xarabalıq idi, amma 90-cı illərdən sonra Naxçıvandan İran Culfasına baxanda görürdük ki, orada hündür mərtəbli binalardan ibarət böyük bir şəhər salınıb. Naxçıvanda isə 5-10 yeni bina tikilib-tikilməyib. İlk dəfə İğdıra gedəndə yollarda at-araba ilə gəzirdilər, indi İğdır müasir şəhərə çevrilib. Naxçıvanda yollar Mərkəzdən ayrılan dotasiya ilə çəkilib. Naxçıvanda qaz var, amma camaat pulunu verə bilmədiyindən odun yandırır”.
Deputat deyib ki, Azərbaycanda Birinci vitse-prezident postuna Mehriban Əliyevanın namizədliyini təklif etməsi Vasif Talıbovun ona olan münasibətini kəskinləşdirib: “Mən Mehriban Əliyevanın Birinci Vitse-prezidentliyə namizədliyini irəli sürmüşdüm, demişdim ki, Vasif Talıbov da vitse-prezidentlərdən biri ola bilər. Bununla da onun sivil qaydada Naxçıvandan Bakıya gətirilməsi imkanını düşünürdüm. Düşünürdüm ki, Naxçıvan bəlkə bu yolla ondan xilas ola bildi. Bu təklif Vasif Talıbovun xoşuna gəlməmişdi. Bundan sonra Talıbovla münasibətlər tamam kəsildi”.
Q.Həsənquliyev deyib ki, Vasif Talıbov Naxçıvanda özünü “qızıl qəfəsə” salınmış şəxs hesab edirdi. “Bilirdim ki, çox acıqlıdır. Narazılığı artıq nifrətə keçib. Bir müddət sonra ağır fəsadları ola bilər”.

“Bu gün heç kim İlham Əliyevə minnət qoya bilməz ki, onun Heydər Əliyevin hakimiyyətə gəlməsində rolu olub. Heydər Əliyevi hakimiyyətə bu adamlar gətirməyiblər. Elçibəy Heydər Əliyevi Bakıya dəvət edəndə bunu ona görə eləməmişdi ki, yanında Vasif Talıbov, yaxud başqası var idi. Heydər Əliyev təcrübəli dövlət adamı kimi dəvət olunmuşdu. Onlar isə Heydər Əliyevin ətəyindən tutub hakimiyyətə gəliblər. Nəsə xidmət göstəriblərsə də, qarşılığını milyon dəfələrlə alıblar. Digər tərəfdən, özünü Heydər Əliyevə, İlham Əliyevə yaxın bilən adam xalqı onlardan narazı salmamlıdır”-deyə deputat vurğulayıb.
Q.Həsənquliyev deyib ki, Vasif Talıbovun Naxçıvanda idarəetməsi qorxu üzərində qurulmuş idarəetmədir: “Mənim “Naxçıvanın inkişaf proqramı hazırlanmalıdır” çıxışımdan sonra qardaşımın hərbçi olan kürəkəninin gecə ilə evinə girib, ailəni-uşağı ayağa qaldırdılar, xidməti mənzilindən çıxartdılar, bütün mebelini maşına vurub, ata evimizə daşıtdırdılar...”
Deputat deyib ki, hazırda insanları maraqlandırır ki, bu həbslərin və proseslərin sonu necə olacaq? “Fikrimcə, Naxçıvanda mütləq bu islahatlar aparılmalıdır. İnsanlar dəyişiklikləri hiss etməlidirlər. Naxçıvana qayıtmaq böyük vaxt aparacaq. Camaatın heç olmasa bir hissəsi Naxçıvana qayıtsın. Orada dövlətçiliyin əsaslarını tətbiq etmək lazımdır.
İnsanların bir çoxu mənə deyir ki, 31 oktyabrda Naxçıvanda DTX-nın ləğv edilməsi Naxçıvanın Azərbaycanın yurisdiksiyasına qaytarılması günü kimi yadda qalacaq”. (AzPost)

Şərhlər
Moderator,bunu yaman çox reklam edirsiniz.Bu saytınızı hörmətdən salır.
Bu şərhlərölkədə kadrların təyinatının vəziyyətini bir az aydınlaşdırılır.Belə görünür ki,bir ortaya atılmış şəxs ( R.Mehdiyev kimi ) boş yerlərə ixtisas.təcrübə,staj,bacarıq nəzərə alınmadan yaxın yerli.qohumlar arasında rüşvət vermək imkanı olan şəxsləri tapır,pulunu alıb yəqdim edir.QAlır s
ərəncamO da dərhal imzalanır.Buna da deyili təyinat! V.Talıbova 30 ildə niyə irad tutulmayıb? Kİmlər onu nə üçün toxunulmaz edib?.
Qüdrət bəy nə istədiyini niyə açıq yazmır.Ehtimalən Naxçıvana göndərilmək istəyir. elə orada doğulmusan da niyə qaçıb Bakıya gəlmisən.
Ümumiyyətlə ölkədə elə bir siyasət aparılır ki millət ölkədən çıxıb getsin,intihar etsin,qazilər canların qəsd eləsin. Ölkə boşalsın talançılar isə neft-qaz milyardlarını yeyib kef etsinlər. Hansı cavan uşağı,qız ya oğlan dindirirsən deyi mən xaricə getmək istəyirəm. Milləti talan-qarət etməklə,qiymətləri qaldırmaqla millətə qarşı bir genosid siyasət yeridilir ki bunun da axzırı millətimiuz xalqımız üçün çox böyük faciyələrlə qurtaracaq. Erməninin Gürcünün kasıbı bizimn kasıblardan yaxşı yaşayır. Onların neft qaz milyardları yoxdur. Erməni hər uşağa 100 dollar uşaq pulu verir. Yadımdadır ANS yazddı bir neçə ölkənin adını uşaq pulu verir axırda da yazdı ermənistan 100 dollar,Azərbaycan o manart. Ondan sonra da ANS-in kitabı bağlandı.
Hörmətli Qüdrət müəllim,
tamamilə haqlısınız. Azərbaycanın rəhbər şəxsləri Azərbaycan rəhbərliyi tərəfindən təyin olunmaldırlar. Bura Xarici İşlər NAzirliyi də aiddir. Amma bir intəhası vardır, nazir Ceyhun Bayramovun top-tüfənglə qovdurduğunuz mammedyarovdan bircə fərqi vardır: ceyhun bayramovun feysbok səhifəsi vardır və trollar dəstəsilə özünü gecə-gündüz təriflətdirməklə məşğuldur. Ceyhun Bayramov da Məmmədyarov kimi rusbaşdır, ... amma daha məharətli və ehtiyatlı ...., həm də ruspərəstdir, bu onun apardığə kadr siyasətindən açıqca məlum oldu.Odur ki, XİN məsələsi yenidən gündəmə gətrilməli və Bayramov.........
Naxçıvanla bağlı veriləcək qərar Ölkə Başçısına aiddir. Dünənə kimi..... Her kes haddini biləcək.
Naxçıvanda kimsədən qorxu deyə bir şey yoxdur-sadəcə qürurlu naxçıvanlılar ailə üzvlərinin-qohumlarının incidilməsini-ac qalmalarını və ya daha pis günə (siz bilirsiniz necə) salınmasını qəbul üdə bilmirdilər--o ki, qaldı Heydər Əliyevə-onu bütün hər bir naxçıvan sakini xüsusi bir sevgi ilə sevirdi--hərdən özlərinə sual verirdilər ki qardaş günahımız nəydi ki yaxamız qalıb bu əzazilin əlində--mən belə fikirləri didərgin salınmış naxçıvan sakinlərindən çox eşidirdim
Naxçıvanı ..........ceviriblər.
H.Əliyev Azərbaycana gələndə yəqin ki bir az ona hörmət edib indi 100 milyarlarla xalqın pulu raşot eliyir.
Belə çıpxır ki Vasif bu millətə 30 ildə hardasa aşağısı 200 milyard atıb. Biz necə millətik? Biz nuiə özümüz özümüzə malımıza pulumuza sahib çıxa bilmirik? Çox acınacaqlı vəziyyətdəyik.