“BÜTÖV AZƏRBAYCAN OLACAQ!” – “Şimali Azərbaycan bizi unutmadı, biz buna görə çox sevinirik”

“Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir ki, o torpaqlara gələ bilmirəm. Ancaq zaman yaxınlaşır. Xudafərin körpüsü bir xalqı ayırmaq üçün tikilməyib, Arazın o tay və bu tayındakı bir xalqı birləşdirib”.

APA-nın xəbərinə görə, bunu bu gün Cəbrayıla səfəri zamanı Xudafərin körpüsünü ziyarət edən Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı bildirib.

Əhməd Obalı deyib ki, uzun müddət Xudafərin körpüsü "Həsrət körpüsü" adı alsa da, indi bu xalqı birləşdirəcək körpüyə çevrilir: “30 milyon Cənubi azərbaycanlının ən elementar hüquqları pozulmaqdadır. 1925-ci ildən Pəhləvi sülaləsi Cənubi Azərbaycanı idarə etməyə başlayandan assimilyasiya siyasəti həyata keçirilir. 42 il əvvəl İranda İslam Respublikası qurulanda ümid edirdik ki, biz də bərabər hüquqlara malik olacağıq. Ancaq bundan sonra bizə qarşı təzyiqlər, zülm qat-qat artdı. Xudafərinin bu tayına baxırıq, Azərbaycan torpaqları erməni vandalizminə məruz qalıb. Amma Arazın bu tayı işğaldan azad edilib, indi Arazın o tayının azadlığının zamanı gəlir. Azərbaycan Prezidenti İlham Əliyevin son üç çıxışında Cənubi Azərbaycanda xalqın hüququnu müdafiə yönündə mesajları Cənubi Azərbaycanda yaxşı qarşılanıb. Mən Arazın o tayına keçə bilməsəm də, bu barədə dəqiq məlumatım var. Xalqımız mesajı alıb, azadlığı uğrunda hərəkata başlayıb. Arzu edək ki, qısa müddətdə bu Xudafərin körpüsü açılsın, bu yollar da azad olunsun, körpünün o tayında da, bu Azərbaycan bayrağı dalğalansın. Birində Cənubi Azərbaycan, birində Şimali Azərbaycan bayrağı dalğalanacaq, sonra da Bütöv Azərbaycan olacaq. Biz bu ümidlə yaşayırıq. Prezident İlham Əliyev dəfələrlə deyib ki, 50 milyon azərbaycanlının Prezidentidir. Prezident İlham Əliyevə inanırıq. Prezident İlham Əliyev nə zaman nə dediyini yaxşı bilir. Prezidentin mesajından sonra arzumuz artıb, birləşəcəyik. Ermənistana, ermənilərə o qədər yardımdan sonra o zülmün artıq sonu çatacaq. Prezidentimizə bir cənublu olaraq mən də təşəkkür edirəm. 30 ildən sonra torpaqlarını azad edən Şimali Azərbaycan bizi unutmadı, biz buna görə çox sevinirik”.

635x100

Şərhlər

t.ədalət 2022-12-05 08:28:08

İran Azərbaycan türklərinin mübarizəsinin qarşısını almaq üçün kürdlərlərdən istifadə edir.Gəncədə AXC hakimiyyətinə qarşı döyüşən erməni-kürd dəstəsinin başçısı qatır məmmədi yadınıza salın.

dadaşyev 2022-12-04 17:34:17

Şimali Azərbaycan sizləri nə zaman unutdu ki Cənublu bacı-qardaşlarımız?Bizim qəlbimiz sizlərlə döyünüb hər zaman.Fars qor-qoduğunun təbliğatına uymayın,biz həmişə sizinlə olmuşuq,həmişə sizinləyik və həmişə sizinlə olacağıq.Bunu sırğa edin,asın qulağınızdan.Birləşməyimiz bir tək fürsətə bağlıdır.Fürsət oldumu,geri addım atanın... (duuuud,söyüş olmaz).

Türk Turan 2022-12-04 16:43:21

Soydaşlarımıza səmimi qəlbdən səlam olsun!

Son yazılar