AZƏRTAC-da "TƏMİZLİK İŞLƏRİ”i BAŞLADI... - Keçmiş sədrin yaxın qohumları işdən azad edilib

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunduqdan sonra qurumda "təmizləmələrə" başlanılıb. Belə ki, ötən həftə ərzində AZƏRTAC-ın 20-yə yaxın işçisi tutduqları vəzifələrdən azad edilib.

Bu barədə "AzPolitika.info"-ya məlumatlı mənbə xəbər verib. 

İşdən kənarlaşdırılanların agentliyin keçmiş sədri Aslan Aslanovun yaxın qohumları, dostları olduğu bildirilir.

Aparılmış yoxlamalar nəticəsində həmin işçilərin bəzilərinin iş bacarığının çox aşağı olduğu, bəzilərinin isə keçmiş sədrin şəxsi işlərinə baxdıqları müəyyən olunub. Onların yoxlamalardan sonra öz ərizələri ilə işdən çıxdığı qeyd olunur. 

Mənbənin sözlərinə görə, “təmizlik işləri”nin davam edəcəyi gözlənilir.  Belə ki, yaxın zamanda AZƏRTAC-ın xarici ölkələrdəki müxbirlərinin fəaliyyəti də yenidən dəyərləndiriləcək.

Xatırladaq ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

"AzPolitika.info"

635x100

Şərhlər

Camaat 2022-12-05 14:54:27

Bu sir -sifətdən bostan əkənə bənzəyir.Bu hara Azərtac hara.Yəqin oranıda bostana döndərib.

Cavad 2022-12-05 13:18:22

Ülə saytlarda Ramiz Mehsdiyevi hallandırmaqla iş bitirmi7 Axı R.Mehdiyev hənsı maraqla isə təqdin edə bilər.Bəs bu təqdimat necə sərəncama çecrilir?Axı Sərəncam verən təqdim olunanı görməli.tanımalı,müsahibə apardıqdan sonra sərncam imzalanır.Bəs belə təqdimatlar necə imzalanıb?Əsas və son mərhələ niyə yaddan çıxarılır.Burada nə əmma olduğu biyə açıqlanmır?

Zahid 2022-12-05 13:10:53

İşsizlərin sayı daha 20 nəfər artırıldl.

vetendash 2022-12-05 12:42:59

vezifede olanda medal ve orden veriller ishden azad eliyen kimi dash qalaq ediller, bu iyrenc tendensiya ne vaxt bitecek?..

ceyhun bayramova dair 2022-12-04 22:48:16

eşidin-inanmayın, məmmədyarov da istefaya məcbur ediləndə belə xəbərlər yayılırdı, sonradan bəlli oldu ki, hamısı boş söhbətdir, məmmədyarovun can-ciyərləri indi də Ceyxun Bayramovun can-cigərlərinə çevrilib... axı bu necə ola bilərdi? Cavab çox sadədir: Ceyhun müəllim də ELmarın yolunu gedir... tak çto... bu xalqın dərmanı ...

RT 2022-12-04 22:14:35

Nece deyerler((( kak vseqda ) heee

Hadı 2022-12-04 21:01:31

Həəəəə!!!! Deyəsən hakimiyyətdəkilər qəflət yuxusundan ayılıb, doğru yolu tapıblar..Aslan Ramiz Mehdiyevin əsas da olmasa önəmli ffiqurlarından biri sayılırdı. Aslan heç kim olduğu halda ölkənin naziri statuslu bir səviyyəyə yüksəlişdisə o qədər də R.Mehdiyevə borclu idi. O cümlədən Aslanın ən yaxın qohumu Şəmkirin polis rəisi Elnur Həsənov kimi.....

Turan 2022-12-04 20:58:00

Bu aksiomadır. Hər yeni müdir köhnənin qohumlarını işdın çıxardır ,öz qohumlarını yerlışdirir ki rahat , yaxşı yesinlər. Bu gündən sabaha ümid yoxdur.

Araz 2022-12-04 20:53:39

Arvad çörəyi Aslanı simpatiçni edib..30 ildir görmürdüm. İndi gördüm və bildim ki, ...Jurnalistlər ərinməyin, bu Aslanı araşdırın. Bomba informasiyalar manşetinizdə gedəcək. Vaxtı ilə özünü asmış Beyləqanın ( keçmiş Jdanov rayonu) birinci katibi Vahid İsmayılovun bacısı oğludur bu Aslan. Bu hakimiyyətə böyük potoloji nifrəti olan birisi idi və onu gizlədə bilirdi.

Adil 2022-12-04 20:42:11

Ölkəmizdə karyerada sıçrayışla görə A.Aslanov qədər hündürlüyünə tullanan kimsə ağlıma, yadıma gəlmir. Kənd, qəsəbə, rayon qəzetində nəinkiyaxşı mənada fərqlənmiş, savadsız, ....yeyən biri kimi tanınan Aslan birdən birə Ginnesin rekordlar kitabına düşəcək sıçrayışla AZƏRTAC-a baş direktor müavini, baş direktor olur, Prezidentin təyyarəsində onunla bir yerdə uçur, ölkə mediasının qibləgahı olur. Bu mətbuatın ən böyük faciəsi idi ki, Ramiz mehdiyevdən gəlirdi

Son yazılar