Menu

Şimal bölgəsində temperatur mənfi 11 dərəcəyədək enib

05.12.2022, 09:40
Şimal bölgəsində temperatur mənfi 11 dərəcəyədək enib

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 3 sm, Xaltan və Qrız kəndlərində 2 sm olub.

Xızının Altıağac qəsəbəsində 11 sm, Qusarın rayon mərkəzində isə 2 sm qar müşahidə olunub.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 11 dərəcəyədək enib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol