Suriyadan Azərbaycana gətirilənlər başlarına gələnlərdən danışdı - VİDEO

Azərbaycan hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanılıb.

Suriyadan Azərbaycana gətirilən azyaşlı qızlardan biri başına gələn dəhşətlərdən söz açıb: “Atalığım dedi ki, Türkiyəyə gəlin. Biz avtobusdan düşəndə hər yerdə silahlı insanlar var idi. Soruşanda ki, nə baş verir? Cavab verdilər ki, siz Suriyadasınız. Bir neçə dəfə qayıtmaq istədik. Amma qayıtmağa icazə verilmədi. Yanımıza mühafizəçilər də qoymaq istəyirdilər ki, anam qaçmasın. Atalığım yanımızda deyildi, onu tutdular. Sonra anam qaçmaq istədi”.

Ətraflı İTV-nin süjetində:

635x100

Şərhlər

asim 2022-12-05 12:21:17

kafir deyir.bunun zehniyyeti helede vehwidir.lazim deyil bunlar bu cemiyyete redd edin getsinler ora.din vewwilikden bawqa birwey deyil .budir dinin simasi.lazim deyil bunlar bize.wexsen men narahat oluram bu vehwilerin geyim. formasinda

Son yazılar