Menu

Daşkəsəndə qar şəhərin bir qismini işıqsız qoyub

05.12.2022, 19:45
Daşkəsəndə qar şəhərin bir qismini işıqsız qoyub

Daşkəsən rayonunda qarın ağırlığından irigövdəli ağacın budağı qırılaraq elektrik xəttinin üzərinə düşüb, şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub.

Hazırda yaranmış problemin aradan qaldırılması üçün müvafiq işlər görülür.

Rayon ərazisində yağıntılı hava şəraiti davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol