Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 688,09 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.
Təkcə bu ilin noyabr ayında isə Azərbaycan 302,13 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2 % çoxdur.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2020-ci illə müqayisədə 47,2 % artaraq 2 713,4 milyon ABŞ dolları təşkil edib.


Şərhlər
Rəqəmlə,faizlə manipulyasoya alfatmabasından əl çəkmək,fakriki görülən işlərdən yazmaq,danışçaq nəyə isə inandırmaq olar.Azərbaycanda bu son 30 ildə dövlət (özəl xırda müəssisələr xaric ) bir iri,20-30 min işləyən bir müəssisə yaradıbmı? Yarada bilməzsi? Amma yaratmayıb.İNsanlar işsiz,dolanacaq çətin,bir yandan da monopolistlər qiymətləri artərır. Danışıqlar yalan,statistika (inflyasiya ) yalan, İnanılacaq bir hal eşidilmir və görünmür.Hara yönəldilirik?