Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinə müdir təyin edilib.
"Report" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Fazil Feyzulla oğlu Hüseynbəyov həmin şöbənin rəhbəri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Vətən müharibəsinin könüllü iştirakçısı olan F.Hüseynbəyov ixtisasca anestezioloq-reanimatoloqdır.


Şərhlər
Belə nazirlik hələ var? Bəs onda TƏBİB kimdir?Xəstəxanalar pullu.baha,dərmanlar əlçatmaz,xəstələrin sayı dəfələrlə artıb,orta yaşam həddi sürətlə azalır.Bəs hökumət niyə görməzdən və duymazdan gəlir?