Ukraynaya verilən HİMARS-ların atış məsafəsi azaldılıb? - “Wall Street Journal” sensasiyalı xəbər yaydı

“Birləşmiş Ştatlar Ukraynaya verdiyi müasir HİMARS raket buraxıcılarını gizlicə elə modifikasiya edib ki, bu sistemlərdən Rusiyaya uzaqmənzilli raketlər atılmasın”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ rəsmiləri anonimlik şərtilə “Wall Street Journal” qəzetinə deyib.

Co Bayden administrasiyasının Moskva ilə daha geniş müharibə riskini azaltmaqdan ötrü belə bir qabaqlayıcı tədbir gördüyü bildirilir.

İyundan bəri ABŞ Ukrayna qüvvələrinə 20 Yüksək Mobilli Artilleriya Raket Buraxıcı sistemləri – HIMARS göndərib. Sistemlərlə birlikdə təxminən 75 km məsafəni vura bilən raketlər də verilib. GMLRS adlı bu raketlərlə Ukrayna ərazisində Rusiyanın sursat depoları, logistika təchizatı və komandanlıq mərkəzləri vurulub.

Sistemlər elə modifikasiya olunubmuş ki, 300 km-lik məsafəni vura bilən ATACMS raketlərini ata bilməsin. Heç ABŞ Ukraynaya bu raketlərdən verməyib. Ancaq yenə də HIMARS-ları elə dəyişdirib ki, başqa mənbələrdən alacağı halda Kiyev ATACMS-dan istifadə edə bilməsin.

Pentaqon Ukraynaya verilən sistemlərə konkret hansı modifikasiyaların olunduğunu detallı açıqlamayıb. Amerika hərbçiləri ancaq onu təsdiqləyiblər ki, həm proqram təminatına, həm də mexaniki hissələrə dəyişiklikdən söhbət gedir.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı, xarici kəşfiyyat və hərbi ekspertlər dəfələrlə deyiblər ki, HIMARS sistemləri iyundan bəri döyüş əməliyyatlarına əhəmiyyətli təsir göstərib. Ukrayna hakimiyyəti bildirir ki, müharibədə qəti dönüş üçün onlara azı 200 belə sistem gərəkdir.

Bəzi ekspertlər bildirirlər ki, “The Wall Street Journal”ın yaydığı informasiya feyktdir. Buna səbəb kimi qəzetin respublikaçıların nəzarətində olduğu, fürsət düşən kimi Bayden administrasiyasına arxadan zərbə endirdiyini əsas gətirilər. Qeyd olunur ki, HİMARS qurğuların modifikasiya etmək mümkün deyil, raketlərin uçuş məsafəsi sistemdən yox, raketlərin növündən asılıdır.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar