“Sıfır effektli raket hücumu...” - “Kremldə indi böyük qarışıqlıqdır...”

Məlum olduğu kimi, dünən Rusiya Ukraynaya qarşı növbəti raket hücumunu həyata keçirib. Bundan öncə sonuncu dəfə noyabrın 23-də Ukraynanın enerji infrastrukturu kütləvi zərbələrə məruz qalmışdı və həmin hücum o vaxta qədər həyata keçirilənlər arasında Rusiya üçün ən effektlisi sayılırdı. Ona görə çoxları növbəti hücumun daha dəhşətli olacağını düşünürdü və bunu həyəcanla gözləyirdi. Lakin dünənki raket hücum bunun tam əksini göstərdi və qətiyyən gözlənilən effekti vermədi. Çünki Ukrayna artıq atılan raketlərin böyük əksəriyyətini vura bilir, əvəzində Rusiyanın raket ehtiyatları isə durmadan tükənir.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç dekabrın 5-də baş verən sonuncu raket hücumunu şərh edərkən artıq bu hücumların öz kəsərini itirdiyini bildirib: “Atılan 70 raketdən 60-dan çoxu vurulub. Elektrik təchizatı demək olar ki, çökmədi. Kəsilmələr olsa da, bunlar plan üzrə kəsilmələr idi. Hərbçilərimizlə enerji sektoru işçiləri çox mütəşəkkil şəkildə fəaliyyət göstərirlər”.

Arestoviç deyib ki, artıq Kremldə Ukraynaya qarşı raket hücumlarının effektivliyini sual altına alanlar xeyli çoxalıb: “Biz bilirik ki, Kremldə indi böyük qarışıqlıqdır. Hansısa ağıllı nəhayət ki, sual verib – növbəti dəfə demək olar, yarım milyard dolları çölə atdıq. Nə üçün? Effekt demək olar ki, sıfra bərabərdir. Onlar bəzi ikinci dərəcəli infrastruktur obyektlərini vurdular, lakin bunlar tezliklə bərpa olunur. Bəs, nə qədər, nə vaxta qədər hər dəfə yarım milyardı çölə atmaq olar? Ukraynada bəzi yerlərdə bir ya iki gün işıq olmur, nadir hallarda uzağı beş gün. Başqa heç bir hədəfə nail ola bilmirlər. Nə olsun? Sonra nə olacaq? Ukraynalıları bir neçə saat işıqsız qoymaq xatirinə bu qədər pulu çölə atmağa dəyərmi? Sərf olunan raketlərin yerini doldurmaq mümkün deyil. Onların azca da olsa ağlı varsa, bunu dayandırmalıdırlar. Çünki durmadan rusiyanın toxunulmaz raket ehtiyatlarını hətta taktiki hədəflərə belə nail olunmayan hücumlara sərf etmək axmaqlıqdır”.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar