“Ermənistan 9 noyabr bəyanatını imzalamaqla məğlubiyyətini etiraf etdi. Belə olan halda həm 9 noyabr bəyanatı, həm də ondan sonra imzalanan digər bəyanatlar əsasında tərəflərin yalnız bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh müqaviləsi imzalanmaqdan danışmaq olar”.
“AzPolitika.info” xəbər verir ki, bunu erməni mediasına müsahibəsində rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.
“Azərbaycan deyir ki, Qarabağsız Ermənistanın ərazi bütövlüyünü tanıyır. Ermənilər isə uca səslə deyil, onlar Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyırlar.Çünki İrəvanı ancaq Qarabağ ermənilərinin taleyi narahat edir ”,-ekspert əlavə edib.
Tarasov vurğulayır ki, İrəvanın bu mövqeyi Qarabağın Azərbaycanın bir hissəsi olmasını qəbul etdiyini göstərir.
“Əgər belə olmasaydı, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqdan imtina edədrdi. O zaman İrəvanla Bakı arasında təmasların olması ehtimalı az olardı. Sülh müqaviləsi imzalansa, şübhəsiz ki, bu prinsiplər əsasında həyata keçiriləcək. Heç kim rəsmi olaraq başqa prinsiplər təklif etməyib”, – Stanislav Tarasov bildirib.
“AzPolitika.info”


Şərhlər