RUS HƏRBÇİLƏR AZƏRBAYCANLI JURNALİSTLƏRİ XOCALIYA BURAXMADI - Mübahisə yarandı +VİDEO

Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Xocalıya (Azərbaycan ərazisinə) keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.

"Report" İctimai Televiziyaya (İTV) istinadla xəbər verir ki, azərbaycanlı jurnalistlər doğma Azərbaycan ərazilərinə buraxılmayıb. Nəticədə jurnalistlərlə sülhməramlılar arasında mübahisə düşüb.

Jurnalistlər onlara nə qədər izah etməyə çalışsa da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər onları Xocalıya buraxmaq istəməyib.

İTV-nin bölgəyə ezam olunmuş jurnalisti isə onlara “bura sizin ərazi deyil” sözləri ilə cavab verib.

Məsələ burasındadır ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonuna yola düşüb. Lakin Rusiya sülhməramlı Qarabağ ərazisində müvəqqəti quraşdırdığı postlardan azərbaycanlı jurnalistləri buraxmayıblar.

635x100

Şərhlər

ƏNHU 2022-12-07 21:21:30

Çox vacib idi ki, telejurnalist rus əsgərlərinə rus dilində yox, türk və ya ingilis dilində mürcət edə idi. Sarıqulaqdan o qədər də üzr istəyib nəzakət sərgiləməyə ehtiyaxc yox idi.Ancaq apardığı çəkilişə və göstərdiyi inada görə ona təşəkküümü bildirirəm. Səmimi etiraf edim ki, bu insidentə baxanda rusa ermənidən çox nifrət etdim. Baxmayaraq ki, ikisi də bir bezin qırağıdır.

dadaşyev 2022-12-07 15:53:11

Bu əcaib hadisədir.Dövlət orqanlarımız bu hadisənin üstünə düşməlidirlər.Qarabağ Volkovun dədəsinin malı deyil,bizim dədələrimizin malıdır.Necə yəni buraxmırlar?Bu işlərə birdəfəlik son vermək lazımdır.Biz Volkovlardan icazə alaraqmı getməliyik öz torpaqıarımıza?Mini gömrük postu yaratmaq istəyir kişi.Sənin dədənin malıdırmı Laçın dəhlizi ki,sən orda post qurmaq istəyirsən?Gömrük postu dövlətlər arasında qurular,Qarabağ ayrıca dövlətdirmi ki,orada gömrük postu qurmaq xülyasına düşmüsən?Mini olsun,maksi olsun,nə fərqi var,gömrükdürmü yəni?Gömrük postu deyilən şey qadındırtmı ki,yubkası mini-maksi olsun?Gömrük varsa demək iki dövlət arasında sərhəd xidməti var.O postda Azərbaycan sərhədçisi,Azərbaycan gömrükçüsü olmayacaqsa bu,Qarabağla ermənistan arasında olan gömrük postu olmayacaqmı?Ay camaat,bunlar hiyləgər adamlardı,inanmayın bunlara.Mini gömrük postu deməklə istəyirlər ki,dünya bilsin ki,Qarabağda erməninin dövləti var.Əgər orada gömrük postu olacaqsa orada sərhədçilər də,gömrükçülər də yalnız və yalnız Azərbaycan sərhədçiləri və gömrükçüləri olmalıdır!!!Çünki Laçın rayonuyla ermənistanın sərhəddi Laçın dəhlizinin girişindən başlayır.Bu kadar net yani!

Son yazılar