Menu

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri dəfn edilib

07.12.2022, 13:39
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri dəfn edilib

Bu gün vəfat edən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dəfn edilib.

"Report"un xəbərinə görə, o, Abşeron rayonunun Mehdabad qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Bildirilib ki, o, ürək tutmasından 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Nəbiyev 1957-ci ildə anadan olub. O, 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol