Menu

Rusiyanın BMT-dəki səfirindən heyrətamiz açıqlamalar – “Ukrayna təhlükəsi dinc yolla həll olunmazsa...”

07.12.2022, 14:09
Rusiyanın BMT-dəki səfirindən heyrətamiz açıqlamalar – “Ukrayna təhlükəsi dinc yolla həll olunmazsa...”

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukraynada humanitar vəziyyət və döyüşən ölkənin uşaqlarının qorunmasına həsr edilən iclasında heyrətamiz bəyanatlar səsləndirib.

Ukrayna mediasının yazdığına görə, səfir bildirib ki, Ukrayna təhlükəsini dinc yolla aradan qaldırmaq mümkün olmasa, Rusiya bunu hərbi yolla edəcək. 

Nebenzyanın sözlərinə görə, Qərb ölkələri səkkiz il ərzində Ukraynadan "Rusiya əleyhinə div" düzəldərək, "öz vətəndaşlarına qarşı dəhşətli cinayətlərinə, Donbasda dinc sakinlərin qətlinə, nasist cinayətkarlar və onların əlaltılarının qəhrəmanlaşdırılmasına, öz ölkəsinin rusdilli əhalisinə qarşı təqiblərinə göz yumub".

Rusiyanın daimi nümayəndəsi qeyd edib ki, Kiyev rejiminə nə zamansa Rusiyaya nifrət hissi yağdıranadək və ABŞ və onun NATO müttəfiqlərinin Rusiya ilə geosiyasi mübarizəsində alətə çevrilənədək hər şey bağışlanılıb: "Xüsusi hərbi əməliyyatının bütün məqsədlərinə bu və ya başqa yolla nail olunacaq. Əgər bu məqsədlərə dinc yolla nail olmaq, Ukraynanı normal, mehriban qonşu dövlətə çevirmək, oradan Rusiyaya təhlükəni aradan qaldırmaq mümkün olmasa, deməli, bu məqsədə hərbi yolla nail olanacaq".

Daimi nümayəndə vurğulayıb ki, Kiyevin və Qərbin gözləri açılmayınca, Rusiya öz maraqlarını sərəncamında olan bütün metodlarla müdafiə edəcək.

Bundan sonra Nebenzya bəyan edib ki, özünün ukraynalı həmkarı Sergey Kislitsanı dinləmək niyyətində deyil və iclas zalını tərk edib.

Sonradan jurnalistlər üçün brifinqdə Nebenzya məlumat verib ki, Rusiya dekabrın 9-da BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır.

Bu iclas Ukraynaya tez-tez "təkcə Avropada deyil, həm də Yaxın Şərqdə və Afrikada hər cür quldur və terrorçuların əlinə keçən" Qərb silahının tədarükü ilə əlaqədardır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol