Menu

"Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkilinə yardım göstərməyə hazırıq" - Kreml

07.12.2022, 15:04
"Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkilinə yardım göstərməyə hazırıq" - Kreml

“Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi üçün yardım göstərməyə hazırdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, danışıqların Sankt-Peterburqda MDB ölkələrinin başçılarının ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi görüşü çərçivəsində baş tuta biləcəyini istisna etməyib.

Xatırıladaq ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Şərhlər

maştağalı 2022-12-07 17:19:24

ay urus get tullan alə, sənə day heç kim inanmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol