“Rusiya liberalları” adlanan şəxslərin əslində kim olduğu aydın oldu” – Ramiz Yunus

“Ümid edirəm ki, indi, “Dojd” teleşirkətinin ifşasından sonra Ukraynada hər kəsə “Rusiya liberalları” adlanan şəxslərin kim olduğu aydın oldu, hansi ki mən ukraynalılara Rusiya təcavüzünün ilk günündən xəbərdarlıq etmişəm”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri Vaşintonda yaşayan azərbaycanlı təhlilçi Ramiz Yunus “Feysbuk” səhifəsində yazıb. 

“İki il əvvəl İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistana dəstək verənlərin hamısının bu gün Krım və Donbassla bağlı eyni məsələdə Ukraynanın dostu ola bilməməsi həqiqətən başa düşülən deyilmi? Ukraynanin suverenliyi və ərazi bütövlüyü Azərbaycanın suverenliyindən və ərazi bütövlüyündən nə ilə fərqlənir, cənab Piontkovski, Latınina və sair?”,- dyeə təhliçi sual edir.

R.Yunus vurğulayıb ki, “Dojd” teleşirkəti ilə bağlı məsələ aydın şəkildə sübut edir ki, əgər Rusiyada kimsə Putin rejiminə qarşıdırsa, bu, onun Ukraynanın dostu olması demək deyil.

Xatırladaq ki, Latviya hökuməti Rusiya hakimiyyətinin təbliğatını apardığına görə, sözügedən kanalın lisenziyasını ləğv edib, təhlükəsizlik xidməti isə kanal rəhbərliyinin ölkədən çıxmasını tələb edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2022-12-07 19:32:25

Çox sağ olun Ramiz müəllim, şərhinizi, təhlili çox bəyəndim, necə deyərlər ardı gəlsin...

Son yazılar