ABŞ-ın keçmiş Prezidenti Donald Trampın ailə biznesi Nyu Yorkdakı münsiflər heyəti tərəfindən vergi fırıldaqçılığında təqsirli bilinib.
“Trump Organisation” və ayrı-ayrı qurum olan “Trump Payroll Corp” bütün maddələr üzrə günahkar bilinərək, şirkətlərin cinayətlərə görə məhkum edildiyi ilk dəfə idi. Manhetten dairəsinin prokuroru Alvin Braqq deyib ki, bu, tamah və fırıldaqla bağlı bir iş idi.
AFR (Australian Financial Review) xəbər verir ki, Trampın özünə qarşı ittiham irəli sürülməyib. Lakin onun adını daşıyayaraq genişlənən daşınmaz əmlak, otel və qolf biznesinin hazırda mühakimə edilməsi 2024-cü ildə Respublikaçılardan prezidentliyə namizədliyini irəli sürdüyü üçün onun reputasiyasına xələl gətirə bilər. Bu iki qurum biznes qeydlərini saxtalaşdırmaqla 13 illik saxtakarlıq və vergidən yayınma sxemi işlətməkdə təqsirli bilinib. Ümumilikdə, onlar 17 maddə üzrə təqsirli biliniblər.
Münsiflər prokurorlarla razılaşıb ki, hazırda Trampın iki yetkin oğlu Donald Jr və Erik Tramp tərəfindən idarə olunan “Trump Organization” 2005-2021-ci illər arasında top-menecerlərə ödədiyi təzminatları gizlədib.
Uzun müddətdir maliyyə direktoru olan Allen Veisselberq, artıq 15 vergi fırıldaqçılığına görə təqsirli olduğunu etiraf edib və keçmiş şirkətinə qarşı razılaşmanın bir hissəsi olaraq ifadə verib. O, məhkəmə prosesində Trampı işə cəlb etməyib. İddia müqaviləsinə əsasən, Veisselberq oktyabr ayında başlayan məhkəmə prosesində ifadə qarşılığında 2 milyon dollara yaxın cərimə və cəza ödəməyə, beş aylıq həbs cəzasını tamamlamağa razılaşıb.
Tramp, sosial media platformasında paylaşım edərək, “Trump Organisation”un Veisselberqinn şəxsi vergi bəyannamələrində vergi fırıldaqçılığı etdiyi üçün heç bir məsuliyyət daşımadığını, apellyasiya şikayəti verəcəyini bildirib.
L.SƏMLA
AzPolitika.info


Şərhlər