ABŞ hakimiyyəti Rusiyanı Ukraynadakı münaqişədə istifadə etmək üçün İrandan pilotsuz uçuş aparatlarının (PUA) alışını artırmaqda şübhələnir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Times of Israel” ABŞ Milli Təhlükəsizlik Şurasındakı anonim mənbəyə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Vaşinqtonda xüsusi qorxu var ki, Moskva Tehrandan yer-yer raketləri ala bilər. BMT diplomatların biri isə nəşrəbildirib ki, İslam Respublikası Təhlükəsizlik Şurasının Tehran və digər altı ölkə arasında nüvə sazişini təsdiq edən 2015-ci il qətnaməsindən yan keçərək Rusiyaya yüzlərlə raket və pilotsuz təyyarə satmaq niyyətindədir.
BMT hesab edir ki, belə bir razılaşma Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlığın yeni səviyyəyə qalxmasına imkan verəcək. Diplomat qeyd edib ki, silahların ixrac olunması ehtimalı azdır, lakin onların sifariş kitablarında yer aldığı artıq aydındır.
Tehran və Moskva Rusiya ordusuna İran pilotsuz təyyarələrinin çatdırılması ilə bağlı iddiaları dəfələrlə təkzib ediblər. Belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahyan bəyan edib ki, Qərb İranı Rusiyaya silah verməkdə ittiham edərək, Ukraynaya silah tədarükünü qanuniləşdirməyə çalışır.


Şərhlər