Menu

Balasanyan Azərbaycan rəsmilərinin yanına çağırılıb – Tələblər çatdırılıb

08.12.2022, 13:00
Balasanyan Azərbaycan rəsmilərinin yanına çağırılıb – Tələblər çatdırılıb

Dünən Xocalıda Azərbaycan nümayəndə heyəti ilə Rusiya sülhməramlılar arasında keçirilən görüşdə Xankəndindəki separatçı cinayətkar rejimin nümayəndəsi Vitali Balasanyan da iştirak edib.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, V.Balasanyan sülhməramlıların dislokasiya yerinə çağırılıb və Azərbaycanın ekoloji problemlərlə bağlı tələbləri ona çatdırılıb. 

Balasanyan Azərbaycan heyətinə Qarabağda sülhməramlı kontingentlə əlaqələr üzrə koordinator kimi təqdim olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol