Menu

İsveç 2 FETÖ üzvünü Türkiyəyə vermək istəmir

08.12.2022, 13:36
İsveç 2 FETÖ üzvünü Türkiyəyə vermək istəmir

İsveç Baş Prokurorluğu bu ölkədə yaşayan iki Türkiyə vətəndaşına dair Ankaranın ekstradisiya tələbini rədd edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Expressen” qəzeti məlumat yayıb. Baş Prokurorluq iş üzrə müvafiq məktubu İsveç Ali Məhkəməsinə ünvanlayıb.

Qeyd edək ki, Türkiyə bu şəxslərin FETÖ terror təşkilatının üzvləri olduqlarını bildirir. İsveç Baş Prokurorluğu isə onların əməllərində cinayət faktının olmadığını iddia edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol