“Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcək”.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, rəsmi İrəvan sülh müqaviləsinin Ermənistan tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək.


Şərhlər
Redaktə edən tərəf Ermənistan yox, Azərbaycandır. Bu niyə başından yekə danışır?