Menu

"Qarabağda müharibə təhlükəsi var"

14.11.2014, 00:00
"Qarabağda müharibə təhlükəsi var"

Amerikalı politoloq helikopterin vurulmasını şərh edib

Dağlıq Qarabağda müharibənin yenidən başlanması təhlükəsi var.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Karneqi institutunun təhlilçisi Tomas de Vaal Ermənistan helikopterinin təmas xəttində vurulmasını atəşkəs sazişindən sonra keçən 20 il müddətində geniş hərbi əməliyyatların başlanmasına gətirib çıxara bilələcək ən böyük insident sayıb.

Amerikalı politoloq bu ilin avqust ayının əvvəlində cəbhədə baş verən ciddi döyüşlərin ardınca erməni helikopterinin vurulmasını hadisələrin çox narahartedici axarda inkişafı kimi qiymətləndirib.

Tomas de Vaalın fikrincə, Avropada ən çox hərbiləşdirilmiş zona olan Dağlıq Qarabağda atəşkəs xətti boyunca militarizasiya son 20 ildə xeyli güclənib:

"Bu hadisə bir daha xatırladır ki, iki ordu daim müharibənin bir addımlığında üz-üzə dayanıb və bu mührabənin başlanıb-başlanmaması onların öz maraqları üçün nəyi daha münasib bilməsindən asılıdır. İndi “gözə-göz, dişə-diş” tipli cavab zərbələri üçün real təhlükə var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol