“Ermənistan bütün variantları müzakirə edir”.
“AzPolitika.info” xəbər verir ki, bunu dekabrın 8-də jurnalistlərə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İlham Əliyevlə Nikol Paşinyan arasında növbəti görüşün ilin sonuna qədər baş tutub-tutmayacağı sualına cavab verərkən deyib.
“Azərbaycan Prezidentinin Brüsseldəki görüşü ləğv etməsi barədə bəyanatından sonra müəyyən problemlər yaranıb. Ermənistan mümkün görüşü nəzərdən keçirməkdə davam edir, bu, Sankt-Peterburqda, Brüsseldə və ya başqa yerdə ola bilər”, - Qriqoryan qeyd edib.
“AzPolitika.info”


Şərhlər