Menu

"Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər" - Dünya Bankı

08.12.2022, 18:35
"Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər" - Dünya Bankı

2050-ci ilə kimi Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

O bildirib ki, Azərbaycanda ÜDM-in orta illik artımı 2024-2050-ci ilə kimi 1,7% təşkil edə bilər: " Bu, adambaşına düşən ÜDM-ə əhəmiyyətli təsir göstərir. Bu halda adambaşına ÜDM 2050-ci ilə qədər 10 250 ABŞ dollarına çata bilər və orta azərbaycanlını hazırkı artım trayektoriyası ilə müqayisədə 40 faiz daha zəngin edə bilər".

S.Mayk əlavə edib ki, uzunmüddətli artımın əsas amilləri qeyri-enerji sektorunda məhsuldarlığın yaxşılaşdırılması və insan kapitalının yaradılmasıdır. Struktur transformasiyanı sürətləndirən və səmərəsizliyi azaldan daha iddialı islahatlar kompleksi məhsuldarlığı və orta gəlirləri daha da artıra bilər.

Şərhlər

t.ədalət 2022-12-08 20:57:58

Azərbaycan necə yüksək gəlirli ölkədir ki,büdcəni ehtiyac içərisində yaşayan əhalidən məcburi cərimələr və bahalıqla topladığı pulların üzərinə yıxıb.Təhsil pulludur.Səhiyə pulludur.Varlı ölkələrdə əhali kommunal xərclərdən azad edildiyi halda,bizdə hər il onu bahalaşdırırlar.Yaxın aylarda nəqliyyatda gedişlərin qiyməti xeyli artırılacaq ki,əhali gediş pulunu tapb ödəyə bilməyəcək.Əhalinin vəziyyəti sönməyə yaxınlaşan şama bənzəyir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol