Menu

Putin Qərbi boykot etdi

14.11.2014, 00:08
Putin Qərbi boykot etdi

"Putinə dəvət gəlib, amma o, Davosda iştirak etməyəcək"

Rusiya prezidenti Vladimir Putin Qərbi baykot edib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Putin Davos dünya iqtisadi forumunda iştirak etməkdən imtina edib.

"Davosda iştirak üçün Rusiya prezidentinə dəvət gəlib. Lakin Putin orada iştirak etməyəcək", deyə Peskov bildirib.

Qeyd edək ki, Putin sonuncu dəfə Davos dünya iqtisadi forumunda 2009-cu ildə işitrak edib. Həmin vaxtı o, çıxşını qlobal iqtisadi problemlərə həsr etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol