Menu

Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq - Finlandiya MN

08.12.2022, 22:03
Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq - Finlandiya MN

“Təəssüf ki, Ukraynadakı müharibənin tez bir zamanda bitəcəyi görünmür. Amma sülh nə qədər tez gəlsə, bir o qədər yaxşı olar”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Finlandiya müdafiə naziri Antti Kaikkonen türkiyəli həmkarı Hulusi Akarla Ankarada birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını anlayır:

“Türkiyə terrorla mübarizədə Finlandiyanın qərarlı olduğuna əmin ola bilər. Buna heç bir şübhə yoxdur”.

Kaikkonen həmçinin əlavə edib ki, Finlandiya NATO-ya üzv olduğu təqdirdə nüvə silahının ölkə ərazisində yerləşdirilməsində maraqlı deyil və NATO-nun belə bir niyyəti yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol