Menu

“BMT İranda edamları dərhal dayandırmağa çağırır” - Stefan Düjarrik

09.12.2022, 06:15
“BMT İranda edamları dərhal dayandırmağa çağırır” - Stefan Düjarrik

“BMT İranda edamları dərhal dayandırmağa çağırır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölüm cəzası yaşamaq hüququna ziddir: “Biz ölüm hökmünün tətbiqinə qəti şəkildə qarşıyıq. BMT-nin İnsan Hüquqları üzrə Komitəsindəki həmkarlarımıza qoşularaq, bu edamları dərhal dayandırmağa çağırırıq”.

Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol