Menu

Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib

09.12.2022, 11:21
Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

"Report"un xəbərinə görə, layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Şərhlər

dadaşyev 2022-12-09 16:51:13

Bu,yaşayış minimumu insanlar üçün deyil....Dolamısınızmı milləti?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol