Menu

Pan Gi Mun erməni helikopterinin vurulmasına münasibət bildirdi

14.11.2014, 01:42
Pan Gi Mun erməni helikopterinin vurulmasına münasibət bildirdi

BMT baş katibi Pan Gi Mun cəbhə xəttində baş vermiş son hadisədən sonra Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.

Onun sözlərinə görə, baş katib ATƏT-in Minsk qrupu həmsədrlərinin ifadə etdiyi narahatlığa şərik olduğunu bildirib.

Açıqlamada tərəflərin atəşkəslə bağlı sazişə riayət etməsinin vacibliyi vurğulanıb, vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırış edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol