Menu

"Yaxın vaxtlarda "3+3" formatının ikinci iclası keçirilə bilər" - Rusiya XİN

10.12.2022, 16:08
"Yaxın vaxtlarda "3+3" formatının ikinci iclası keçirilə bilər" - Rusiya XİN

“Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İranın daxil olduğu “3+3” formatında regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

"Hazırda 3+3 formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati məsələlər üzərində iş aparılır. Ümid edirik ki, görüş yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların əhval-ruhiyyəsinə əsasən, Gürcüstana da dəvət göndərilə bilər”, - o deyib.

Qonçarın sözlərinə görə, Rusiya tərəfi əmindir ki, iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün 3+3 məsləhətçi regional platforması tələb olunur. Bundan əlavə, Rusiya regionun tranzit potensialının açılmasına xüsusi əhəmiyyət verir ki, bu da nəqliyyat marşrutlarının bərpası ilə asanlaşdırılacaq.

"İnfrastrukturun modernləşdirilməsi sahəsində birgə fəaliyyətlərinin perspektivləri təkcə nəqliyyat sahəsində deyil, həm də enerji sektorunda böyük maraq doğurur. Bu cür əməkdaşlıq hərtərəfli regional əlaqələrin qurulması yolu ilə regionda etimadın yaradılmasına kömək edəcək və Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşması proseslərinin dəstəklənməsinin sütunlarından birinə çevrilsin”, - departament direktoru bildirib.

Xatırladaq ki, 2021-ci il dekabrın əvvəlində Moskvada Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə 3+3 regional məsləhətçi platformasının ilk iclası keçirilib. Gürcüstan indiyədək məsləhətçi formata qoşulmaqdan imtina edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol