Menu

Azərbaycanda narkotik dövriyyəsində şübhəli bilinən İran vətəndaşları tutulub

10.12.2022, 11:07
Azərbaycanda narkotik dövriyyəsində şübhəli bilinən İran vətəndaşları tutulub

Azərbaycanda narkotik dövriyyəsində şübhəli bilinən iranlılar saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar. Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol