Menu

İranda parlament seçkilərinin vaxtı açıqlanıb

10.12.2022, 15:56
İranda parlament seçkilərinin vaxtı açıqlanıb

İranda növbəti parlament seçkilərinin vaxtı açıqlanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Daxili İşlər Nazirliyi bildirib ki, 12-ci çağırış parlament seçkiləri 2024-cü il mart ayının ikisində keçiləcək.

İranda İslam Şurası Məclisinə (parlament) seçkilər 4 ildən bir keçirilir.

Qeyd edək ki, öncəki seçkilər 2020-ci ilin fevral ayında keçilmişdi. 290 yerlik parlamentə seçilmək üçün 7 mindən çox namizəd var idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol