“Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında etimad mühiti yaratmaq üçün fəal işləyir, lakin daha çox səy tələb olunur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İstanbulda keçirilən TRT World Forumunun kuluarlarında deyib.
Klaar qeyd edib ki, sülh üçün imkan var: “30 illik münaqişədən sonra etimad mühitinin yaradılması üçün böyük səylər lazımdır və Aİ bu məqsədə çatmaq üçün daha çox addımlar atmalıdır”.
Onun sözlərinə görə, hər iki tərəfdən liderlik lazımdır və söhbət təkcə iki dövlətin liderlərinin səylərindən deyil, həm də erməni və Azərbaycan cəmiyyətləri arasında etimadın yaradılmasına yönəlmiş tədbirlərin görülməsindən gedir.
“AzPolitika.info”


Şərhlər