Menu

Azərbaycanın bəzi ərazilərində qazın verilişində fasilə yaranıb

10.12.2022, 23:29
Azərbaycanın bəzi ərazilərində qazın verilişində fasilə yaranıb

Ölkə ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.

Bu barədə "Report"a "Azəriqaz" İB-dən bildirilib.

Qəza-bərpa xidmətinin əməkdaşları qeyd olunan rayonlara ezam olunub.

"Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5 min abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır", - məlumatda deyilir.

Şərhlər

Turan 2022-12-11 09:18:37

Güya paytaxtda normal qaz verirlər? Təzyiqi azaldıb əhaliyə qaz verirlər. Bir tərəfdən də gözəgörünməz , yeri bilinməyən Tarif şurası vasitəsilə limiti azaldaraq zülm edirlər. Heç kim öz millətinə qarşı bu hərəkəti etmir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol