“Bizi heç kim sevmir və sevməyə hazırlaşmır... Və bu, bizə lazım da deyil”.
“AzPolitika.info” xəbər verir ki, bunu Vladimir Putinin sözçüsü Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində deyib.
Əvvəlcə “bizi heç kim sevmir” deyən Peskov “çaşaraq” həqiqəti söylədiyini anladığından, daha sonra “səhvini düzəldib” və bunu deyərkən kollektiv Qərbi nəzərdə tutduğunu bildirib. Ardınca əlavə edib: “Kimlərsə bizi sevir və yəqin ki, bu, dünyanın az hissəsi deyil”.
Qərblə münasibətlərin hazırkı durumu və gələcək perspektivi barədə suala cavab verən Putinin sözçüsü, deyib: “Biz hərəkət etmirik. Biz artıq “qarşıdurma” adlı stansiyaya çatmışıq. Bizə toparlanmaq, güclü olmaq və müqvimət gücü ehtiyatına malik olmaq lazımdır ki, qarşıdurma şəraitində yaşaya bilək”.
Göründüyü kimi, Kreml bütün dünyadan təcrid olunduğunu və apardığı işğlçılıq, imperiyaçılıq siyasətinə görə dünyada özü kimi despotik rejimləri çıxmaq şərtilə, onu heç kimin sevmədiyini etiraf edir.
Başqa nə cür ola bilərdi ki? Öz qonşularına işğal və istismar mənbəyi kimi baxan, imperiya maraqları xatirinə qonşu xalqlar arasında nifaq salan, qanlı münaqişələr yaradan və onları körükləyən, bütün dünya üzrə despotik, avtoritar rejimləri dəstəkləyən, zor, güc dilindən başqa dil bilməyən, beynəlxalq hüquq prinsiplərini addım başı tapdalayan, öz xalqına qarşı belə amansız, qəddar münasibət göstərən, qonşu Ukraynada qətliamlar törədən, şəhərləri viran qoyan, milyonlarla dinc insanı ev-eşiyindən didərgin salan, işıqsız, susuz, istiliksiz qoyan və nəhayət, bütün dünyanı nüvə silahı ilə təhdid edən zərərli bir dövləti kim sevər?
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Ruslar, həmçinin Ukraynalılar mənim nəzərimdə dünyanın incisidir--zəki, sarışın- göygöz--ancaq nə edəsən ki, indiki hakimiyyətlər hər yerdə qanlı davalar törədib bütün xalqı gözdən salırlar--Qarabağ Azərbaycandır --niyə nala-mıxa döyürlər--bu qədər ki onlara bağlılığımızı görə-görə--nə üçün ????-Türklədən mərd millət tapmayacaqsınız--özləridə görürlər--bir türk onlardan üz döndərmədi--elə bilməsinlər ki, qorxdular--yox gendə namərdlik yoxdur--anlamadınız -özünüz bilərsiniz
Bir dövletin ki Prezidenti başqalarına be öz milletine zülm etmekden fexr ede zövq ala ondan ne gözlemek olar insanlıqdan başqa.