Menu

Rusiya sülhməramlısı “Report”un avtomobilinə avtomat silahla zərər yetirib - VİDEO

12.12.2022, 13:41
Rusiya sülhməramlısı “Report”un avtomobilinə avtomat silahla zərər yetirib - VİDEO

Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının işıqlandırılmasında iştirak edən “Report” İnformasiya Agentliyinin avtomobilinə zərər yetirilib.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı ilə avtomobili əzib.

Hazırda aksiya davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol