Menu

Bu il Putinin böyük mətbuat konfransı olmayacaq

12.12.2022, 16:02
Bu il Putinin böyük mətbuat konfransı olmayacaq

Bu il Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransı olmayacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

"Yeni il qabağı Putinin böyük mətbuat konfransı olmayacaq, lakin Kremldə Prezidentin KİV ilə danışmaq imkanı tapacağına ümid edirlər", deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Putin hər il ənənəvi olaraq dekabrın sonunda yerli və xarici media nümayəndələri üçün böyük mətbuat konfransı keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol