Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi ilə bağlı Azərbaycan tərəfinin təzyiqləri qarşısında geri addım atmağa məcbur olub.
Bununla bağlı Ermənistanın “Hraparak” nəşri yazıb.
Qəzetin iddiasına görə, Ermənistan baş naziri Qarabağdan qanunsuz erməni silahlı birləşmələrinə aid ağır hərbi texnikanın böyük bir hissəsinin çıxarılması barədə göstəriş verib.

Şərhlər
Ermənistana məxsus bütün tör-töküntü ölkəmizdən çıxarılmalıdır eee. Nə bir hissə? Artıq dözmək mümkün deyil eee ermənin naz-qəmzəsinə. Bu nə deməkdir? Onlar bizə öz malımızı qram-qram verirlər. Bu millətin qüruruna toxunur və hökumət bunu anlasın artıq.
Hər hansı müşkül işin icraçısının öyünməsi təbiidir! Ancaq, keçmiş illər təsdiq edir ki, Kreml Azərbaycana gerçək dost-ədalət hissi yanaşdığı, uzağı bir ay ərzində Qarabağı tam azad etmək gücündə olub və hazırda da səmərəli sülh işini sürətlə davam edə bilər?
Bunlar yalnız güc dilini anlayırlar.Geri çəkilənin üstünə gələrlər addım-addım.Adam kimi rəftarı anlamazlar.Biz dəfələrlə demişik ki,Qarabağdakı ermənilər bizim vətəndaşlarımızdır,dövlətimiz də onların təhlükəsizliyinə zəmanət verir.Amma anlamazlarsa biz bunu deyə-deyə dura bilmərik.Onlar bizə düşmən olsunlar,biz isə onlarla yumşaq davranaq?Dədə-babalarına zəmanət borcumuz var?Biz yorulmadan sülh təklif etdik bütün eşşəkliklərinə baxmayaraq,madam ki anlamırlar adamlığı,onda görərlər ki yaxşılığı qanmamaq nə deməkdir.Özləri yalvararlar ki,mümkündürsə bizə zəmanət verin Azərbaycan vətəndaşlığına keçək.
Böyük və ya kiçik hissəsi,hərbi texnikanın hamısını çıxarmaq lazımdır.