Menu

DGK-nin sədr əvəzi dərmanların qiymətinin baha olmasının səbəblərini açıqlayıb

13.12.2022, 20:57
DGK-nin sədr əvəzi dərmanların qiymətinin baha olmasının səbəblərini açıqlayıb

“Bir çox hallarda gedib dərmanı ölkəyə gətirirlər, biz dərmanı külli miqdarda buraxa bilmirik. İnanın mənə, 2-3 qutu “Aspirin” gətirənə gömrük əməkdaşı heç bir söz demir”.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, lakin elə dərmanlar var ki, onlar oxunmalıdır, baxılmaldır:

“Qiymət məsələsinə gəlincə, qiymətlər gömrüklə bağlı deyil. Dərmanlara gömrük rüsumü yoxdur, yalnız ƏDV var. ƏDV də çox elə deyil. Dərmanlar ƏDV-dən azad oluna bilər”.

Şahin Bağırov qeyd edib ki, dərman şirkətləri gətirdikləri dərmanların dərhal anbarlara aparılmasını istəyirlər: “Azərbaycanda dərmanların qiyməti ilə bağlı Tarif Şurası tərəfindən müəyyən olunan hədlər var. Əgər qiymət bu həddən artıqdırsa, o, başqa məsələ. Türkiyə ilə Azərbaycan arasında fərq isə ona görədir ki, onlar bir çox dərmanı özləri istehsal edir. Bundan başqa, Türkiyə Avropa İttifaqı ilə Gömrük ittifaqındadır. Ona görə də bunu dərman satışı ilə məşğul olan şirkətlərdən soruşmaq lazımdır. Lakin dərman dəyərinin artmasına gömrük orqanlarının heç bir təsiri yoxdur”, - deyə Şahin Bağırov bildirib.

Şərhlər

Hadı 2022-12-13 13:48:35

Azdı, çox azdı... Ən azı 30-40 dəfə baha olmalıdır. Bəs nədi? Dərman məsələsinə burnunu soxan kimsə başını da itirər ha...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol