Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.
Aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri igidliklə qoruyurlar.
Bunu aksiyanın ilk günündə (dünən, dekabrın 12-də) Rusiya sülhməramlıları “Report” İnformasiya Agentliyinin avtomobilinin qarşısını kəsərək əməkdaşları ilə kobud davranarkən DQ hərbçilərinin köməyə gəlməsini özündə əks etdirən videokadrlardan da görmək olar.
Biz - həm media əməkdaşları, həm də sıravi insanlar olaraq DQ hərbçilərinin hərəkətlərindən qürur duyduq və duyuruq.
Bu, həm də bizi arxayın edir ki, Azərbaycan jurnalistləri heç nədən çəkinmədən, istənilən şəraitdə öz fəaliyyətini uğurla davam etdirə bilərlər. Çünki ölkəmizin belə oğulları – hərbçiləri var. (oxu.az)

Şərhlər
Bəli bura vətəndir.. Düşməni yeri gələndə bax beləcə, topsuz -tüfəngsiz onun qandığı bu dillə də qandırmaq gərəkdir. Xüsusən də sülhməramlı adı ilə ermənini öz çətiri altına alıb, ərazidə əlli hoqqalardan çıxan havadarına da bu yolla göstərmək lazımdır ki, sanma sənin kimi olduğunu da unutmuşuq. Allah gənclərimizin ruhunu, əzmini bol eyləsin. Unutmasınıar ki, Şəhidlərimizin ruhu da onlarladır. O ki qaldı Azərbaycana, sanıram məhz bununla da Laçın koridoruna nəzarəti ələ alıb, orada artıq öz keçid məntəqəsini qurmalıdır. Bunun üçün isə əsaslar var və bu əsaslar da, o ərazilərə kənar ünsürlərin azad giriş-çıxışı, Azərbaycan sərvətlərinin qanunsuz talanması və ən əsası da Zəngəzur koridoru ilə bağlı ermənilər üzərlərinə götürdükləri öhdəliklərə iki ildən artıqdır bir % belə əməl etməmələri. İnşallah hədəf yaxındır.