Menu

Şuşa-Xankəndi yolunda Fransa-Mərakeş oyununu izləmək üçün şərait yaradılıb - VİDEO

14.12.2022, 23:28
Şuşa-Xankəndi yolunda Fransa-Mərakeş oyununu izləmək üçün şərait yaradılıb - VİDEO

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları və Rusiya sülhməramlılarına Qətərdə keçirilən dünya çempionatının Fransa və Mərakeş yığmaları arasındakı yarımfinal oyununu izləməsi üçün şərait yaradılıb.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, onlar ərazidə quraşdırılmış böyük monitor vasitəsilə yarımfinal oyununu izləyirlər.

Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçıları ərazidədir.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Şərhlər

Moshu 2022-12-15 13:29:19

Beynəlxalq təcrübəyə əsasən sülhməramlı qüvvələr sülh və təhlükəsizliyin təmin edilməsində üç əsas prinsipi rəhbər tutmalıdır.
Bu üç aşağıdakı prinsiplər bir-biri ilə sıx bağlıdır və birini tamamlayır:
1. tərəflərin razılığı; 2. qərəzsizlik; 3. özünümüdafiə və mandatın müdafiəsi istisna olmaqla, güc tətbiq etməmək; Tərəflər arasında 5 il qalma müddətləri göstərilsə belə bu prinsiplərə əməl etməyən hərbiçilər “sülhməramlı” deyil işğalçı qüvvələr hesab edilməli, onlar ölkə ərazisində arzuolunmaz qüvvələr hesab olunmalı (persona non qrata) və onlara Rusiya sərhədinin ərazisi göstərilməlidir. Onlar bir şeyi anlamalıdırlar ki, suveren dövlətin ərazisindədirlər və qonaqdırlar. Qısa və konkret.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol