Menu

Saakaşvilinin klinikada çəkilmiş görüntüləri yayıldı – VİDEO

15.12.2022, 00:00
Saakaşvilinin klinikada çəkilmiş görüntüləri yayıldı – VİDEO

Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti eks-prezident Mixail Saakaşvilinin klinikada çəkilmiş videogörüntülərini dərc edib. Bəzi kadrlarda keçmiş prezident özünü həddindən artıq əsəbi aparır.

Qurumdan bildirilir ki, Saakaşvili simulyasiya ilə məşğul olur və ictimaiyyəti çaşdırır.

Kadrlarda keçmiş dövlət başçısının xeyli arıqladığı müşahidə olunur.

Qeyd edək ki, Saakaşvilinin səhhətində ciddi problemlərin olduğu vurğulanır. Onun orqanizmində ağır metallar, o cümlədən civə izləri aşkar edilib.

Siyasətçi çərşənbə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ona səhhətində yaranan problemlərə görə azadlığa buraxılması ilə bağlı Tbilisi şəhər məhkəməsinin iclasında videobağlantı vasitəsilə iştirak etmək imkanı vermədiyi üçün aclıq aksiyasına başlayıb. Lakin Avropa Parlamenti üzvlərinin çağırışına cavab olaraq bir neçə saat sonra aksiyasını dayandırıb.

Şərhlər

Roma 2022-12-15 09:42:02

Saakaşvili bir çox insanların (dövlət başçılarının və s.) qəlbində özünə hörmət qazanıb və bu günkü gündə onu həbsxanadan buraxılmamasını başa düşmürəm...Yəqin ki, Gürcüstanda müəyyən qüvvələr, başda İvanişvili bu işi Rusiyanın diqtəsi ilə qurub və fəxrlə, Putinə hesabat verirlər...Bəs hanı Mixeilin dostları, onu istəyənlər və s...bu insan demək olar ki, ölüm ayağındadır, bəs nə vaxt kömək olacaq, nə pis iş görüb ki, bu günkü gündə belə bir ləyaqətli insanı "öldürürlər"...

Cəmşid Dərələyəzli 2022-12-15 09:40:04

Bütün bunlar, Mişanın Gürcüstana dönüşü ilə bağlı zamansız verilmiş qerarının amansızlığıdır. Allah köməyi olsun.

zaur 2022-12-15 09:34:33

Gül başınıza, yazığın evini yıxmısınız.

ƏNHU 2022-12-15 01:39:19

GÜRCÜLƏR BELƏ ETMƏMƏLİ İDİ. SAAKAŞVİLİNİN XİDMƏTİNİ UNUTMAQ GÜNAHDIR.

ƏNHU 2022-12-15 01:36:30

GÜRCÜLƏR BELƏ ETMƏMƏLİ İDİ. SAAKAŞVİLİNİN XİDMƏTİNİ UNUTMAQ GÜNAHDIR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol