PAŞA Holding-in dəstəyi ilə Gender Hub Azerbaijan sosial platforması tərəfindən “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı” yenidən başlayır.
PAŞA Holding-in dəstəyi ilə dayanıqlı inkişafa çatımlılıq prosesində qadınların innovativ təşəbbüslərini və zorakılıqla mübarizədə onların iqtisadi azadlıqlarının əhəmiyyətini vurğulmaqla, 2 gün keçiriləcək multidisiplinar festivalın əsas məqsədi qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, həyatlarının müxtəlif mərhələlərində zorakılıqla üzləşmiş qadınların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.
İlkin uğurlu nəticələrinə əsasən 2-ci dəfə həyata keçiriləcək “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı” bu dəfə yaşı 50-ə qədər olan 80 qadın sahibkarın fəaliyyətini dəstəkləməyi hədəfləyir. Qeyd edək ki, 2022 -ci ilin mart ayında həyata keçirilmiş Woman Bazaar-dan icmal görüntünü buradan keçid edərək izləyə bilərsiniz.
Festivalda 2 gün ərzində qadın sahibkarların festivaldan sonrakı fəaliyyətlərində daha effektiv satış bacarıqlarına yiyələnmələri və öz iqtisadi imkanlarını daha da genişləndirmələrinə dəstək olmaq məqsədilə biznes etikası və satış texnologiyalarından istifadə imkanları, brendinq, sosial mediadan səmərəli istifadə, sahibkarlığın hüquqi aspektləri və dayanıqlı maliyyə menecmenti kimi mövzuları əsasında təlimlər, seminarlar və vörkşoplar həyata keçiriləcəkdir.
Qeyd edək ki, festivalın açılış mərasimi BMT-nin Azərbaycandakı nümayəndəsi Vladanka Andreyeva, AQUPDK-nin sədri Bahar Muradova və bir neçə səfirlərin çıxışları ilə baş tutacaqdır.
Festival haqqında əsas məlumatlar: Tarix: 17 - 18 Dekabr
Saat: 14:00 - 20:00
Məkan: Landmark Biznes Mərkəzi, “Qaya” zalı
Alıcı qismində qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hər kəs (sadə vətəndaşlar, Dayanıqlı İnkişaf Məqsədlərini hədəf alan icma, sosial platforma və təşkilat nümayəndələri və s.) festivalda iştiraka dəvətlidir.
İŞTİRAK ÖDƏNİŞSİZDİR!


Şərhlər